Tədris prosesinirahat idarə edin
Onlayn dərslər tətbiqin içində, işləri sizin yerinizə görən AI köməkçi Aila və telefonda rahat idarəetmə — tədrisin hamısı bir yerdə.
- Sürətli işləmə
- AI əsaslı
- Mobil tətbiq
Excel cədvəlləri, WhatsApp qrupları, onlayn dərs tətbiqləri və dəftərlər arasında itən vaxtı geri qaytarırıq. Siz dərsə fokuslanırsınız, qalanını isə TeacherPlus edir.
Bir sistem —dörd kabinet
Kurs və ya müəllim idarə edir, tələbə və valideyn öz kabinetindən izləyir. Hər kəs yalnız ona aid olanı görür.
Kurslar
Tədris mərkəzi bütün filiallarını, müəllimlərini və maliyyəsini bir kabinetdən idarə edir. Müəllimlər yalnız verilən icazələrlə işləyir.
- Filiallar — hər birinin öz məlumatı
- Müəllimlər və onların icazələri
- Maaşlar avtomatik hesablanır
- İstifadəçilər: administrator, mühasib, menecer
Müəllimlər
Fərdi və ya qrup dərsi deyirsiniz? Cədvəl, qayıb, tapşırıq və ödənişləri telefondan idarə edin, şagird və valideynlərə öz kabinetini verin.
- Kim ödəyib, kim borcludur — bir baxışda
- Valideyn övladının vəziyyətini kabinetdə görür
- Tapşırıqlar, rəylər və materiallar bir yerdə
- Gəlir və xərc avtomatik hesablanır
Tələbələr
Bir hesabla bütün kurs və müəllimlərinin dərslərini, tapşırıqlarını və nəticələrini görür.
- Bir neçə müəllim — bir hesab
- Tapşırığı şəkillə təhvil vermək
- Bal, rəy və davamiyyət
Valideynlər
Bütün övladlarını bir hesabda izləyir — müəllim və fənn seçimi ilə.
- Bir neçə övlad — bir hesab
- Davamiyyət və nəticələr
- Ödənişlər və borc
Gündəlik işinhamısı bir yerdə
Qruplar, davamiyyət, tapşırıqlar, materiallar və maliyyə — bir paneldə.
Onlayn dərslər — sistem daxilində
TeacherPlus-da ərsləri sistemin daxilində keçirə bilərsiz — PDF paylaşma, virtual lövhə, çat, dərsi qeydə alma, dərsin statistikası, avtomatik davamiyyət yazılması, dərsə qoşulanların statistikası və s.
Ailadan soruş (AI)
Süni intellekt köməkçiniz Aila: Edilməli olan işlərinizi qısa formada Aila-ya tapşırın o da sizin əvəzinizə sistemdə lazımi işləri görsün.
Qruplar və cədvəl
Qrup və fərdi dərsləri bir dəfə qurun — həftəlik cədvəl sizin, şagirdləriniz və valideynlər üçün avtomatik yaranır.
TeacherPlusilə bir gün
Hər rol öz işini görür — məlumat isə avtomatik hamıya çatır.
Müəllim
Günə hazır xülasə ilə başlayır: bu günün dərsləri, yoxlanacaq tapşırıqlar, borclular.
Müəllim
Dərsin əvvəlində davamiyyəti qeyd edir — 20 saniyə. Qayıb olan şagird və valideyni dərhal görür.
Valideyn
Övladının bu həftəki qayıblarına və tapşırıq nəticələrinə baxır, ödənişi edir.
Müəllim
Qrupa yeni tapşırıq və dərsin slaydlarını paylaşır — hər şagirdin kabinetinə düşür.
Şagird
Tapşırığı təhvil verir, müəllimin rəyini oxuyur, sabahkı dərsin saatına baxır.
Hekayəmiz
Hər inkişafın arxasında bir öyrədən, hər gələcəyin arxasında bir öyrənən var.
Müəllim yalnız bilik ötürmür, gələcəyin formalaşmasında iştirak edir. TeacherPlus müəllimin vaxtını cədvəllərdən və qeydlərdən alıb yenidən öyrətməyə qaytarmaq düşüncəsindən yarandı.
Hekayəmizi oxuyunSiz dərsə fokuslanın, idarəetməni bizə buraxın. Valideynlər isə övladlarından rahat ola bilər.
Qeydiyyatdan keçin — müraciətiniz təsdiqlənən kimi işə başlayın.